Paytaxtda piyadanı maşınla vurub öldürən sürücü yaxalandı


Digərləri 12 Fev 2020 17:14:00 121 0

Paytaxtda piyadanı maşınla vurub öldürən sürücü yaxalandı

Bakıda piyadanı maşınla vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata əsasən, fevralın 8-də saat 5 radələrində Nizami rayonunun R.Rüstəmov küçəsində yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov müəyyən edilməmiş avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 11-də orada ölüb.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Ravon" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Həsənov saxlanılıb.