Beşqat dünya çempionu ilə bağlı hökm dəyişdi


Sosial 12 Fev 2020 16:56:19 156 0

Beşqat dünya çempionu ilə bağlı hökm dəyişdi

Ali Məhkəmədə kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən kassasiya şikayətinə baxılıb.

Ehram Məcidov

Ali Məhkəmədə kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən kassasiya şikayətinə baxılıb.

“Report” xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən,E.Məcidovun cəzası 6 il 6 aydan 3 ilə endirilib.

Qeyd edək ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-cu il təvəllüdlü Ehram Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokurorun protestinə əsassən, Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dəyişərək 6 il 6 ay azadlıqdan məhrumetmə təyin etmişdi.

"Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu E.Məcidov qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinib.