Azərbaycanda yeni, yerli kartof toxumları satışa çıxarılıb


İqtisadiyyat 12 Fev 2020 16:18:36 288 0

Azərbaycanda yeni, yerli kartof toxumları satışa çıxarılıb

Azərbaycanda yeni, yerli kartof toxumları satışa çıxarılıb

“Azərbaycan elmi-tədqiqat institutlarının yaratdığı yeni sortlar xarici sortlarla müqayisədə quraqlığa daha davamlıdır və rəqabətqabiliyyətlidir”.

"Report" xəbər verir ki, bunuKənd Təsərrüfatı Nazirliyi yanındaTərəvəzçilik-Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.

Onun sözlərinə görə,artıq 4 yeni, yerli kartof toxumu bazarlarda satılır.

"Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda həm faraş kartofla, həm də təzə kartofla bağlı təhqiqat işləri aparılır: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə milli kartofçuluq sistemi adlı layihəmiz həyata keçirilir. Məqsədimiz bu istiqamətdə yerli toxumçuluq sistemini daha da təkmilləşdirməkdir", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanın kartofa olan illik tələbatı 1 milyon tondur.