Güc strukturlarının nümayəndələri "oğru salamı" verdilər - VİDEO


Dünya 12 Fev 2020 15:47:37 167 0

Güc strukturlarının nümayəndələri "oğru salamı" verdilər - VİDEO

Rusiyada güc strukturları nümayəndələrinin ziyafəti zamanı “A.U.E! Yaşasın oğrular!” şüarları səsləndirilib.

Rusiyada güc strukturları nümayəndələrinin ziyafəti zamanı “A.U.E! Yaşasın oğrular!” şüarları səsləndirilib.

“Report” “Komsomolskaya Pravda” qəzetinə istinadən bildirir ki, hadisə Rusiyanın Tümen vilayətində qeydə alınıb.

“Yaşasın oğrular!”, “A.U.E!” şüarları altında kameraya gülən və poz verən Rusiya İstintaq Komitəsinin Tümen vilayəti İstintaq İdarəsinin müstəntiqi Rafik Aqliullin və onun xidməti yoldaşlarıdır. “Instagram”da yayılan bu videoda onlar R.Aqliullinin rütbəsinin artırılmasını bayram edirlər.

Videoda Rafikdən başqa, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Tümen vilayəti üzrə rəisi Aleksey Uşatıy, onun müavini Artur Ruzeyev və daha çox "Denis Tatarin" ləqəbiilə məşhur olan videonun müəllifi Denis Devkin də lentə alınıb.