Ərdoğan: “Suriya ordusunu hər yerdə vuracağıq”


Dünya 12 Fev 2020 15:43:00 137 0

Ərdoğan: “Suriya ordusunu hər yerdə vuracağıq”

Fevral ayının sonuna kimi Suriya ordusunu müşahidə məntəqələrindən uzaqlaşdırmaqda qətiyyətliyik.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, tərəddüd edilmədən havada və quruda lazım olan müvafiq addımlar atılacaq.

"Verilən vədlərə əməl edilməsini gözlədik. Ancaq bizə verilən vədlərə əməl olunmadığı kimi, razılaşmalara da heç kim riayət etmir. Hücumlar birbaşa əsgərlərimizi hədəf almağa başlayıb. Əgər məsələ belədirsə, biz də sözə yox, meydandakı həqiqətlərə baxıb hərəkət edəcəyik.