Gürcüstanın hakim partiyası müxalifəti dialoqa çağırdı


Dünya 12 Fev 2020 12:34:10 80 0

Gürcüstanın hakim partiyası müxalifəti dialoqa çağırdı

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası müxalifəti dialoqa dəvət edib.

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası müxalifəti dialoqa dəvət edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, təmsil etdiyi partiya dialoq və konsensusa alternativ görmür: “Bütün məsuliyyətli siyasətçilər dialoqa daxil olmağa, deeskalasiya və konsensus üçün optimal yol axtarıb tapmağa razı olmalıdır. Bu həm ictimaiyyətin gözləntisi, həm də beynəlxalq tərəfdaşlarımızın tövsiyəsidir”.

Qeyd edək ki, Tbilisinin sabiq meri, müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulavanın fevralın 10-da həbs olunmasından sonra ölkə müxalifəti hakim partiya ilə danışıqlardan imtina edib. Müxalifət G.Uqulavının həbsini siyasi təqib adlandıraraq ölkədə kütləvi etiraz aksiyaları elan edib.