ABŞ Suriyada Əsədə sadiq qüvvələrin mövqelərini bombalayıb - YENİLƏNİB - VİDEO


Dünya 12 Fev 2020 15:26:00 105 0

ABŞ Suriyada Əsədə sadiq qüvvələrin mövqelərini bombalayıb - YENİLƏNİB - VİDEO

ABŞ Suriyanın şimalında Bəşşar Əsədə sadiq qüvvələrin mövqelərini bombalayır.

Suriyada silahlı qarşıdurma nəticəsindərejimin bir hərbçisi öldürülüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisəSuriyanın Haseke bölgəsində qeydə alınıb.

Məlumata görə, ABŞ təyyarələri Hasekedə Bəşşar Əsədə sadiq qüvvələrə məxsus ikihərbi obyekti vurub.

*** 14:50

ABŞ Suriyanın şimalında Bəşşar Əsədə sadiq qüvvələrin mövqelərini bombalayır.

“Report” “News Observatory”yə istinadən xəbər verir ki, əməliyyatları ABŞ-ın Hərbi Hava Qüvvələri gerçəkləşdirir.

Məlumata görə,Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərində rejim qüvvələri və ABŞ patrul xidməti arasında qarşıdurma baş verib.

Bu səbəbdən əraziyə ABŞ-ın Hərbi Hava Qüvvələri də cəlb edilib.

More: Regime soldiers in civilian clothes have opened fire against US soldiers, US soldiers retalited back. Faisal Khaled Muhammad killed, another guy is wounded. 4 Russian vehicles are on the way to reduce the tension. pic.twitter.com/adekLuI1QM

— . (@op_shield) February 12, 2020