Azərbaycan Rusiyada keçiriləcək sərgidə iştirak edəcək


Digərləri 12 Fev 2020 15:12:17 88 0

Azərbaycan Rusiyada keçiriləcək sərgidə iştirak edəcək

Moskva şəhərində fevralın 13-dən 16-dək keçiriləcək növbəti “Şərq bazarı: Araqçın” beynəlxalq mədəniyyətlər festivalı çərçivəsində “Qafqaz sərvətləri: Dağıstan, Azərbaycan, Gürcüstan tikiş, geyim məmu

Moskva şəhərində fevralın 13-dən 16-dək keçiriləcək növbəti “Şərq bazarı: Araqçın” beynəlxalq mədəniyyətlər festivalı çərçivəsində “Qafqaz sərvətləri: Dağıstan, Azərbaycan, Gürcüstan tikiş, geyim məmulatı, qab-qacağı” adlı sərgi də təşkil olunacaq.

“Report”un Rusiya bürosu xəbər verir ki, sərgidə ölkəmizin qədim güləbətin sənəti, üzərində nağıl quş təsvirləri olan incə naxışlı daraqqabı, möhürqabı, qayçıqabı kimi qədim məişət əşyalarının nümunələri təqdim olunacaq.

Qeyd edək ki, ənənəvi keçirilən “Şərq bazarı” festivalı hər dəfə ayrı-ayrı ölkənin və ya regionun mədəniyyətinə həsr olunur. Builki festival Qafqaz mədəniyyətini əks etdirəcək.