Bakı metrosunda tunellərin havalandırılması yaxşılaşdırılır


İqtisadiyyat 12 Fev 2020 15:01:42 106 0

Bakı metrosunda tunellərin havalandırılması yaxşılaşdırılır

Bakı metrosunda tunellərin havalandırılması yaxşılaşdırılır

"Bakı Metropoliteni" QSC "28 may" - "Cəfər Cabbarlı" stansiyaları istiqamətindəki tunellərin havalandırılmasını yaxşılaşdırmaq və tunel konstruksiyalarını ətraf mühütin təsirlərindən daha yaxşı qorumaq üçün işlərə başlayıb.

Bu barədə“Report”a açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Cəfər Cabbarlı heykəlinin yaxınlığından tunellərə yol açılır: "İşlər yekunlaşandan sonra burada kiçik havalandırma köşkü olacaq. Havalandırma da ordan həyata keçiriləcək və ərazinin estetik görünüşünə yeni bir cizgi gətiriləcək. İşlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınıb", - o qeyd edib.