“Günə su ilə başlamaq lazımdır”


Digərləri 12 Fev 2020 14:42:00 200 0

“Günə su ilə başlamaq lazımdır”

Dietoloq Tutu Zeynalova ARB TV-nin əməkdaşına müsahibə verib. Son.az bildirir ki, insanların gün ərazində daha çox maye qəbul etməsindən və su içməyin faydalarından danışan dietoloq əlavə edib ki, su içmək imkanı olmayan şəxslər tərkibində maye olan meyvə və tərəvəzlərdən daha çox istifadə edə bilərlər: "Uzun illərdir ki, "su iç" həştəqini inkişaf etdirib daha çox insan cəlb etmək üçün çalışıram. Sudan az istifadə sonradan başqa fəsadlar verə bilir. Ac olan insanların əksəriyyəti su içəndən sonra tox olduqlarını bildirirlər. Demək ki, su aclığın qarşısını alır. Biz sudan ibarətik. Yeni doğulan körpənin bədəninin 80-85 faizi, yetişkin insaların isə bədəninin 60-65 faizi sudan ibarətdir. Necə ki, səhər tezdən duranda əl-üzümüzü yuyub, duş alırıq, eləcə də daxili orqanlarımızın da duşa ehtiyacı olur. Ona görə də yuxudan duran kimi günə su ilə başlamaq lazımdır". Dietoloqun faydalı məsləhətlərini daha ətraflı videosüjetdən izləyə bilərsiniz: