Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,2% artıb


İqtisadiyyat 12 Fev 2020 12:10:33 123 0

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,2% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,2% artıb

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2% üstələyərək 3,1 milyard manata bərabər olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7% və 3,6% artıb.

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar ayına nisbətən, %lə Pərakəndə ticarət dövriyyəsi 3 075,6 103,2 o cümlədən: ərzaq məhsulları 1 378,2 102,9 içkilər və tütün məmulatları 186,1 101,5 toxuculuq məhsulları, geyim və ayaqqabılar 541,7 104,0 elektrik malları və mebellər 184,3 103,4 kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 21,2 103,5 əczaçılıq və tibbi mallar 40,5 103,7 avtomobil yanacağı 166,5 101,1 digər qeyri-ərzaq məhsulları 557,1 103,9

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8%-i ərzaq məhsullarının, 6,1%-i içkilər və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6%-i ticarət müəssisələri, 49,2%-i fərdi sahibkarlar tərəfindən, 27,2%-i isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1%, fərdi sahibkarlar üzrə 0,8% artmış, bazar və yarmarkalarda isə 8,4% azalıb.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya 2019-cu ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları alıb