Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatının səfirləri açıqlanıb


Digərləri 12 Fev 2020 12:15:57 146 0

Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatının səfirləri açıqlanıb

2020-ci il mayın 14 -16-da Bakıda keçiriləcək aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının səfirlərinin adları açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, turnirin səfirləri qismində dəfələrlə dünya və Avropa çempionları adına layiq görülən Vladislav Oskner (Rusiya) və Oana Korina Konstantin (Rumıniya) elan edilib.

Qeyd edək ki, aerobika gimnastikası üzrə dünya çempionatı Azərbaycanda ilk dəfə keçiriləcək. İlkin siyahıya əsasən, yarışda 33 ölkədən 453 gimnastın iştirakı gözlənilir.

Milli Gimnastika Arenasında üç gün davam edəcək çempionatda idmançılar qadınlar və kişilər arasında fərdi proqramda, qarışıq cütlüklər, trio, qrup, eləcə də aerodans və aerostep proqramlarında çıxış edəcək. Qaydalara əsasən, bir idmançı maksimum üç proqramda çıxış edə bilər. Dünya çempionatında hər kateqoriya üzrə təsnifat yarışları və finallar keçiriləcək.