Daxili İşlər naziri yeni rəis təyin etdi


Digərləri 03 Fev 2020 17:21:00 263 0

Daxili İşlər naziri yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Son.az Oxu.az-a istinadən bildirir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis-polkovniki Sərdar Səfərov Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, daha əvvəl bu vəzifəni polis polkovniki Nurullah Məmmədxanlı yerinə yetirib. 

O, nazirin əmri ilə BŞBPİ-nin rəis müavini vəzifəsinə təyin edilib.