Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin edib


Sosial 03 Fev 2020 17:10:22 230 0

Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin edib

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

“Report”un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən,polis polkovnikiSərdar Səfərov BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Faktı “Report”a BŞBPİ-nin Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, S.Səfərov bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlı BŞBPİ-ninrəis müavini təyin edilib.