Tanınmış rusiyalı farmakoloq: Reklamlara aldanmayın, bu preparatların təsiri yoxdur


Digərləri 29 Yan 2020 23:55:00 112 0

Tanınmış rusiyalı farmakoloq: Reklamlara aldanmayın, bu preparatların təsiri yoxdur

Koronavirusun epidemiyası insanlar və hətta bəzi mütəxəssislər arasında virusəleyhinə və immunomodulyatorlara olan marağı artırıb.

Bəzi farmasevtik şirkətlər bundan istifadə edərək bu preparatların koronavirusa qarşı effektli olduğunu bəyan ediblər.

Tanınmış rusiyalı farmakoloq Aleksandr Xacidis Rusiya KİV-lərinə müsahibəsində 2 belə preparat haqqında məlumat verib.

Son.az saglamolun.az-a istinadən bildirir ki, onlardan biri "kaqosel"dir. Bu preparat immunomodulyator sayılır. Maraqlıdır ki, əvvəllər bu preparat hamiləlik əleyhinə dərman kimi istifadə olunurdu.  

İmmunomodulyatorlar ümumiyyətlə az öyrənilmiş və effektivliyi sübut olunmamış preparatlar sinfidir. ABŞ və Avropada kaqosel və ona oxşar preparatlar istifadə olunmur.