Dünyada Omega 7nin tək mənbəyi Çingiz xan və Yuri Qaqarinin sevimli meyvəsi


Digərləri 29 Yan 2020 23:39:00 192 0

Dünyada Omega 7nin tək mənbəyi  Çingiz xan və Yuri Qaqarinin sevimli meyvəsi

Uzaq Şərqdə əsrlər boyu tibdə istifadə olunan yabanı iydənin super faydalarının olduğunu bilirdinizmi?

Təbiətdəki omeqa 7-nin yeganə mənbəyi olan yabanı iydə bir çox xəstəliyin şəfa mənbəyidir. Xalq arasında yalancı iydə adlandırılan bu bitki Monqol hökmdarı Çingiz xan tərəfindən əsgərlərə yedirilirdi. Əfsanələrə görə, iydə ölmüş atları həyata döndərir.

Son.az medicina.az-a istinadən bildirir ki, omega 7-nin yeganə mənbəyi bu bitki ekzema, günəş yanıqları, dermatit, yara və iltihab kimi bir çox xətəliyi müalicə edir.

Reflü xəstəliyini müalicə edir, qanda şəkər-xolesterolu azaldır, qaraciyərdə yağlanması və ürək-damar xəstəliklərinin qarşısını alır.

Omega 7 bədənin kollagen istehsalını artırmağa kömək edir. Buna görə də dərinin uzun illər qırışmasının qarşısını alır və elastiklik verir.