Doğuşdan 5 gün sonra ölən qadın 12 insanı xilas etdi


Digərləri 29 Yan 2020 23:10:00 154 0

Doğuşdan 5 gün sonra ölən qadın 12 insanı xilas etdi

Dördüncü uşağını dünyaya gətirdikdən sonra beyninə qan sızan qadın əməliyyata alınsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, amerikalı gənc qadın Ketlin Torson ölməmişdən əvvəl bütün həyati funksiyalarını saxlayan orqanlarını, ürək və ağciyərlərini donor kimi bağışlayıb.

Beləliklə, qadının orqanları 12 orqan gözləyən xəstələrə köçürüləcək.

Həkimlər bildirir ki, hamilə qadınlarda beyinə qansızma riski 3-cü trimestrdə və doğuşdan dərhal sonra aktiv olur.