Dünyanın ən faydalı qidası odur


Digərləri 29 Yan 2020 22:52:00 111 0

Dünyanın ən faydalı qidası odur

Gündəlik qəbul etdiyimiz qidaların orqanizmə bir çox faydalı tərəfləri mövcuddur. Onlar tərkibindəki vitamin və minerallar sayəsində sağlamlığımızda aktiv rol oynayırlar. Araşdırmalara görə alimlər dünyanın ən faydalı qidasını seçib.

Son.az xəbər verir ki, tədqiqatçılar badamı dünyanın ən faydalı qidası adlandırıb.

Arıqlamaq üçün mükəmməl qidadır.

Olduqca doyurucu qüvvəyə malikdir. Badam istehlakı sizi aşağı çəkiyə qaytaracaq.

Bəzi xəstəliklərə də faydalıdır.

Bir ovuc badam 163 kaloridir. Özündə 3.4 qram poli doymamış yağ, Omeqa-3, 6 qram protein və 3.5 qram lif ehtiva edir. Bu baxımdan ürək sağlamlığı üçün əvəzedilməzdir.

Antioksidantla zəngindir.