Ötən il qeydə alınan qəzalar kameralarda VİDEO


Digərləri 29 Yan 2020 22:20:00 107 0

Ötən il qeydə alınan qəzalar kameralarda  VİDEO

"Paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərinin genişləndirilməsi diqqət mərkəzindədir. Yeni dövrün çağırış və təhdidləri, yol-qəza hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir. Bunu nəzərə alaraq, ötən il qeydə alınan hər bir yol-qəza hadisəsi faktlar üzrə ayırı-ayırılıqda nəzərdən keçirilib".

Son.az xəbər verir ki, bu fikirləri "Qafqazinfo"ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir sıra yol-qəza hadisələri ilə bağlı "Təhlükəsiz Şəhər" kameralarının qeydə aldığı faktları təqdim edib.