Bakıdan Moskvaya uçan təyyarə təcili eniş etdi
Digərləri 29 Yan 2020 21:54:00 117 0
Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən "Azərbaycan Hava Yolları"nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
Son.az Trend-ə istinadən bildirir ki, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.
Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.
Mənbə: milli.az