Bakıdan Moskvaya uçan təyyarə təcili eniş etdi


Digərləri 29 Yan 2020 21:48:47 114 0

Bakıdan Moskvaya uçan təyyarə təcili eniş etdi

Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar

Bakı. Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən "Azərbaycan Hava Yolları"nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib. Trend-in məlumatına görə, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib. Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.