Qəfil ölüm: Kobi Brayant, Hyuston və başqaları... FOTO


Digərləri 29 Yan 2020 21:36:00 366 0

Qəfil ölüm: Kobi Brayant, Hyuston və başqaları...  FOTO

Heç də həmişə məşhurlar uzun sürən xəstəlikdən sonra və ya yetərincə ahıl yaşda həyatdan köçmürlər. Onların bəziləri faciə qurbanı olur, bəziləri isə canına qıyır...

Son.az qafqazinfo-ya istinadən qəfil ölümü ilə yadda qalan məşhurları təqdim edir:

Kobi Brayant

"Los Angeles Lakers"in məşhur basketbolçusu yanvarın 26-da Kaliforniyada helikopter qəzası nəticəsində dünyasını dəyişib. Onun 41 yaşı var idi. Onunla bərabər 13 yaşlı qızı Canna da həyatını itirib.

Lük Perri

"Riverdeyl" serialının aktyoru 2019-cu il martın 4-də vəfat edib. Onun 52 yaşı var idi. Aktyor ölümündən beş gün əvvəl insult keçirib. O, xəstəxanada dünyasını dəyişib.

Keyt Speyd

55 yaşlı dizayner 2018-ci il iyunun 5-də Nyu-York şəhərindəki evində intihar edib.

Kerri Fişer və Debbi Reynolds

"Ulduz müharibələri"ndə şahzadə rolunu canlandıran aktrisa 60 yaşında infarkdan dünyasını dəyişib. Bu, 2016-cı il dekabrın 27-də baş verib. Səhərisi gün onun anası dəfn mərasiminə hazırlaşarkən insultdan keçinib.

Corc Maykl

Müğənni 2016-cı il dekabrın 25-də ürək və qaraciyər problemləri səbəbindən 53 yaşında evində vəfat edib.

Robin Uilyams