“Qüds İsrailə verilməyəcək”


Dünya 29 Yan 2020 19:34:00 137 0

“Qüds İsrailə verilməyəcək”

ABŞ Prezidenti Donald Trampın təklif etdiyi "əsrin müqaviləsi" İsrail tərəfindən Fələstin ərazilərinin anneksiyasının leqallaşdırılmasıdır.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqaldan qayıdarkən təyyarədə olan jurnalistlərə verdiyi açıqlamasında deyib.

Ərdoğan bildirib ki, Qüdsün İsrailə verilməsi üzrə bu cür plan qəbuledilməzdir, fələstinlilərin hüquqlarını pozur və İsrailin işğalını leqallaşdırır.

O, ABŞ tərəfindən hazırlanmış Yaxın Şərq sülh planının sülhə və münaqişənin həllinə xidmət etməyəcəyini vurğulayıb: "Bu, fələstinlilərin haqlarının nəzərə alınmaması və İsrailin işğalını legitimləşdirməkdir. Qüds İsrailə verilməyəcək. Bu plan sülh gətirməyəcək".