“Yoldaşım deyir ki, ağzını bağlamalısan”


Şou-biznes 29 Yan 2020 19:39:00 145 0

“Yoldaşım deyir ki, ağzını bağlamalısan”

Müğənni Xatirə İslam etdirdiyi liposaksiya əməliyyatının təsirinin keçdiyini, kökəldiyini bildirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə "ATV maqazin onlarla" proqramında danışıb.

Sənətçi söyləyib ki, kilo almasının səbəbi iştahlı olmasıdır:

"Liposaksiya əməliyyatı etdirmişdim. Bir il keçib, təsiri yaxşı idi. Amma yeməyi sevən insanam. Yoldaşım deyirdi ki, bu əməliyyatla deyil, ağzını bağlamalısan. Bütün günü yaxşı restoranlarda yeyirəm. Ən çox şəkil çəkdirəndə əziyyət çəkirəm. Turala (qardaşı - red.) deyirəm ki, ömrün kəsilsin, çək də. Yazıq neyləsin?".