İordaniyanın səfiri BDU-da olub (FOTO)


Digərləri 29 Yan 2020 19:18:49 124 0

İordaniyanın səfiri BDU-da olub (FOTO)

Bakı Dövlət Universitetində (BDU) İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına təyin olunmuş səfiri Sami Abdullah Ğoşeh ilə görüş keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) İordaniyanın Azərbaycana təyin olunmuş səfiri Sami Abdullah Ğoşeh ilə görüş keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsindən, o cümlədən İordaniya ilə təhsil və elm sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına əhəmiyyət verildiyini qeyd edib. Görüşdə Universitetin yeni inkişaf strategiyası - 5.0 haqqında danışan rektor bildirib ki, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Səfir Sami Abdullah Ğoşeh də öz növbəsində iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yeni hədəflərə uyğun olaraq inkişafına dəstək verəcəyini söyləyib, BDU ilə həyata keçiriləcək layihələrdə tərəfdaş olacaqlarını bildirib.