“AFB Bank”ın kredit portfeli 88,2 % artıb


Digərləri 29 Yan 2020 19:00:53 133 0

“AFB Bank”ın kredit portfeli 88,2 % artıb

Ölkənin maliyyə sektorunun aparıcı banklarından olan AFB Bank ASC 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

Bakı. Ölkənin maliyyə sektorunun aparıcı banklarından olan AFB Bank ASC 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb. AFB Bankdan Trend-ə verilən məlumata görə, geridə qoyduğumuz ilin nəticələrinə əsasən bankın aktivləri 2018-ci illə müqayisədə 37,6% artaraq 574,7 milyon manat təşkil edib. 2018-ci illə müqayisədə ötən il Bankın kredit portfeli 88,2% artaraq 365,8 milyon manat təşkil edib. Bunun nəticəsidir ki, 2019-cu ildə AFB Bank ASC ən çox biznes kreditləri verən ikinci bank adına layiq görüldü. Belə ki, Bank keçən il müştərilərə 110,3 milyon manat biznes krediti, 18,2 milyon manat istehlak krediti, digər qeyri-istehsal və xidmət sahələrinə isə 56,7 milyon manat kredit verib. 2019-cu ildə bankın depozit portfeli də 88% artaraq 379,4 milyon manat olub. Bu isə müştərilərin banka olan etibarının göstəricisidir.