Parlament seçkilərində mübarizə aparan namizədlərin sayı açıqlandı


Siyasət 29 Yan 2020 18:44:00 115 0

Parlament seçkilərində mübarizə aparan namizədlərin sayı açıqlandı

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində hazırda qeydiyyata alınmış 1345 namizəd mübarizə aparır.

Son.az Trend-ə istinadən bildirir ki, artıq 263 nəfər öz namizədliyini geri götürüb. Ümumlikdə, parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdir. Onların bir hissəsi seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürüb.

Namizədlərin 23 faizini qadınlar, 77 faizini isə kişilər təşkil edir.

300 nəfərə yaxın namizəd seçkilərdə iştirakını dayandırıb.