82 yaşlı ABŞ naziri Çinə getmədi


Dünya 29 Yan 2020 18:49:00 98 0

82 yaşlı ABŞ naziri Çinə getmədi

ABŞ-ın Ticarət naziri Uilbur Ross koronavirusun sürətlə yayılması səbəbiylə bu həftə Çinə planlaşdırılan səfərini təxirə salıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, 82 yaşlı Ross bu qərarı ABŞ rəsmilərinin koronavirusun yayılması ilə bağlı qorxuları fonunda verib.

Qeyd edək ki, son məlumatlara görə, Çində dekabrın sonlarında yayılan koronavirusa təxminən 6 min insan yoluxub, onlardan 132-si dünyasını dəyişib.