Türkiyədə azərbaycanlını döyüb öldürdülər


Kriminal 29 Yan 2020 18:24:00 128 0

Türkiyədə azərbaycanlını döyüb öldürdülər

İstanbulun Başakşəhər bölgəsində 20 gün əvvəl döyülərək xəstəxanaya yerləşdirilən 27 yaşlı Mirzə Xələfov xəstəxanada dünyasını dəyişib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 20 gün əvvəl iki qrup arasında yaranan mübahisə zamanı azərbaycanlı döyülüb. Davada iştirak edən iki nəfər saxlanılıb.

Hadisə yanvarın 4- də baş verib.

Məlumata görə, Mirzə Xələfov və dostu Mahmud T. ilə axşam saatlarında evə gedərkən Əkbər İ. ilə bir-birinə tərs baxdıqları üçün mübahisə yaranıb. Mübahisədən sonra Əkbər İ. dostlarını da götürərək Xələfovla dostunun qarşısına çıxıb. Əkbər İ. dostları ilə birlikdə Mirzə Xələfovu və dostunu təpik və yumruqla döyüb. Xəstəxanaya aparılan Mirzə Xələfov komaya düşüb. 20 gün xəstəxanada müalicə edilməsinə baxmayaraq, dünyasını dəyişib.