"Exitpoll" ilə rəsmi nəticələr arasında xəta çox olmayıb


Siyasət 29 Yan 2020 18:29:00 125 0

"Exitpoll" ilə rəsmi nəticələr arasında xəta çox olmayıb

Azərbaycanda 2005-ci ildən etibarən seçkilərdə "exit poll" keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, indiyə qədər heç vaxt "exit poll" keçirən təşkilatların nəticələri ilə rəsmi nəticələr arasında xəta marjası çox olmayıb: "Azərbaycanda bir neçə təşkilat var ki, bu sahədə kifayət qədər təcrübəlidir və onların "exit-poll" keçirməsi önəmlidir".