Jurnalistlər İmişli Şəkər zavodunda olublar (FOTO)


Digərləri 29 Yan 2020 18:21:51 482 0

Jurnalistlər İmişli Şəkər zavodunda olublar (FOTO)

Azərbaycanın qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan İmişli Şəkər Zavoduna media tur təşkil edilib.

Bakı. Ölkənin aparıcı KİV nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan və Azərbaycanın qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan İmişli Şəkər Zavoduna media tur təşkil edilib. “Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, media turun keçirilməsində əsas məqsəd jurnalistlər vasitəsi ilə Azərbaycan Şəkər İstehsalat Birliyinin (AŞİB) fəaliyyətinin uğurla davam etməsi, bir müddət əvvəl ixtisarlarla bağlı yayımlanmış xəbərlərin əsassız olması, zavodun istehsal prosesi, eyni zamanda burada məhsulların yüksək gigiyenik şərtlərlə istehsal edilməsi barədə ictimaiyyəti məlumatlandırmaq olub. Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə inşasına başlanılan və 2006-cı ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istismara verilən müəssisə “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq insanların işlə təmin olunması və məşğulluğunun artıtırlmasında müstəsna rol oynayır. İmişli Şəkər Zavodunun fəaliyyəti ilə ölkəmizdə geniş şəkər çuğunduru sahələri əkilir ki, nəticədə on minlərlə insan bu sahədən gəlir əldə edir. Müəssisəni ziyarət edən jurnalistləri AŞİB-nin baş direktoru Mehran Məmmədov qarşılayaraq onlara müəssisənin fəaliyyətində heç bir problemin olmadığını, İmişli Şəkər Zavodunu fəaliyyətini davam etdirdiyini və yeni texnoloji avadanlıqlarla təmin edildiyini bildirib. İxtisarlarla bağlı sualı cavablandıran müəssisə rəhbəri bu məsələnin ümumiyyətlə əvvəldən gündəmdə olmadığını söyləyib. O, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan “Azərsun Holdinq”in sosialyönümlü şirkət olduğunu və insanların işlə təmin olunmasına xüsusi həssaslıqla yanaşdığını bildirib