Bakı metropolitenində koronavirusla mübarizə tədbirləri ilə bağlı tapşırıqlar verildi


Digərləri 29 Yan 2020 18:06:11 122 0

Bakı metropolitenində koronavirusla mübarizə tədbirləri ilə bağlı tapşırıqlar verildi

"Bakı Metropoliteni" QSC-də "2019-nCoV" koronavirusla əlaqədar mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyatı struktur vahidlərinə müvafiq tapşırıqlar verilib.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" QSC-də "2019-nCoV" koronavirusla əlaqədar mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyatı struktur vahidlərinə müvafiq tapşırıqlar verilib. Qurumdan Trend-ə verilən məlumata görə, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir: "Paytaxtın ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı növlərindən biri kimi, əsasən, yeraltı tunellərdən ibarət olması nəzərə alınaraq, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə uyğun planlaşdırılmış dezinfeksiya işlərinin və digər müvafiq tədbirlərin aparılmasına da ciddi riayət olunur. Ümumən, "Bakı Metropoliteni" QSC-nin obyektlərində, o cümlədən stansiyalarda, tunellərdə, elektrik deposunda və qatarlarda, habelə iş yerlərində lazım olan bütün profilaktik sanitariya tədbirləri müntəzəm yerinə yetirilir. Bundan savayı, görülən işlərə nəzarət olunur, daimi monitorinqlər aparılır, zərurətdən asılı olaraq, digər profilaktik tədbirlər həyata keçirilir.