Çexiyalı nazir sayta görə 16 milyon avro istədi, proqramçılar pulsuz düzəltdi


Dünya 29 Yan 2020 17:46:41 106 0

Çexiyalı nazir sayta görə 16 milyon avro istədi, proqramçılar pulsuz düzəltdi

Çexiyanın nəqliyyat naziri Vladimir Kremlik vəzifəsindən azad edilib.

Tomaş Vondraçek

Çexiyanın nəqliyyat naziri Vladimir Kremlikvəzifəsindən azad edilib.

“Report” TJ-yə istinadən xəbər verir ki, buna səbəbproqramçıların Çexiya Nəqliyyat Nazirliyinin 16 milyon avro xərcləmək istədiyisaytı pulsuz düzəltməsidir.

Qeyd edək ki,dövlət sifarişinə e-mağaza və IOS ilə “Andorid” sistemləri üçün proqramın düzəldilməsi daxil idi. Ancaq 16 milyon avroluqsifariş yerli proqramçıların etirazına səbəb olub. Hətta “Actum Digital” şirkətinin rəhbəri Tomaş Vondraçek dövlət sifarişini cəfəngiyyat adlandırıb və layihəni iki günə də düzəltməyin mümkün olduğunu bildirib. O, yerli proqramçıları birləşərək xakaton keçirməyə çağırıb və onasosial şəbəkədə 300-dən artıq proqramçı dəstək verib. Onlardan 60 nəfəri T.Vondraçekin ofisinə gələrək bazar günü axşamadək bütün işləri bitiriblər.

Çexiyanın baş naziri Andrey Babiş xakatondan xəbər tutduqdan sonraproqramçıların yanınagedib və bütün baş verənlərdən sonra nəqliyyat nazirini vəzifəsindən azad edib.