UNEC-lə Paşa Bank əməkdaşlıq edəcək (FOTO)


Digərləri 29 Yan 2020 17:47:00 140 0

UNEC-lə Paşa Bank əməkdaşlıq edəcək (FOTO)

UNEC-də ölkənin ən aparıcı banklarından olan Paşa Bankla əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Bakı. UNEC-də ölkənin ən aparıcı banklarından olan Paşa Bankla əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Paşa Bankın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov, bankın aparıcı mütəxəssisləri və universitetin professor-müəllim heyəti iştirak edib. Rektor Ədalət Muradov UNEC-in Paşa Bankla əməkdaşlıq edəcəyindən məmnunluğunu bildirərək, universitetdə real iqtisadiyyatın çağırışlarına cavab verən mühitin yaradılmasına ehtiyac duyulduğunu deyib. Tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin də öyrədilməsinin vacibliyindən danışan rektor, bu istiqamətdə real sektorla əməkdaşlıq etməyin və birgə tədris proqramlarının həyata keçirilməsinin faydalı olacağını vurğulayıb. Rektor rəqəmsal iqtisadiyyatın ali təhsil müəssisələri qarşısında qoyduğu tələblərdən də danışıb. Bildirib ki, rəqəmsallaşma yüksəkixtisaslı mütəxəssis hazırlamağı və məzunların iqtisadiyyatın və işəgötürənlərin tələblərinə cavab verməsini şərtləndirir. İdarə Heyətinin sədri Taleh Kazımov ölkənin ən böyük maliyyə institutlarından olan Paşa Bankın əsas hədəflərindən danışıb. Hər bir cəmiyyətin əsas sərmayəsinin insan kapitalı olduğunu deyən T.Kazımov Paşa Bankın uğurlu gənclərin yetişməsinə daim dəstək olduğunu bildirib. Bank rəhbəri bu istiqamətdə UNEC-lə əməkdaşlığın böyük fürsət olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.