Oğurluq üstündə ələ keçdi


Kriminal 29 Yan 2020 17:34:00 148 0

Oğurluq üstündə ələ keçdi

Binəqədidə oğurluq etdiyinə görə tutulmuş şəxsin başqa cinayətləri törətdiyi də məlum olub.

Bu barədə Son.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.

Bildirilir ki, oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 həyətyanı sahədən su qızdırıcıları və su mühərriki oğurlaması da müəyyən edilib.