Masallıdakı uşaq nikahı ilə bağlı araşdırmalara başlanıldı


Digərləri 29 Yan 2020 17:07:04 138 0

Masallıdakı uşaq nikahı ilə bağlı araşdırmalara başlanıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayon icra hakimiyyəti nəzdində yaradılmış monitorinq komissiyası ilə birlikdə həmin rayonda baş verən uşaq nikahı ilə bağlı araşdırmalara başlayıb.

Bakı. İlhamə İsabalayeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış monitorinq komissiyası ilə birlikdə həmin rayonda baş verən uşaq nikahı ilə bağlı araşdırmalara başlayıb. Bunu Trend-ə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib. Onun sözlərinə görə, bu araşdırmalara hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb edilib: “Uşaq nikahlarının baş verməsi yolverilməzdir. Araşdırılmalıdır ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimənin 16 yaşı olduğu halda, bu nikah necə baş verib. Bu faktla əlaqədar hüquq-mühafizə orqanlarına da çağırış edərək deyirik ki, araşdırma ciddi şəkildə aparılsın. Beynəlxalq konvensiyalara və Azərbaycan qanunvericliyinə görə, 18 yaşına çatmayan şəxslər uşaq hesab edilirlər. Uşaqların nikah yaşının yalnız bir yaş azaldılmasına imkan verilir. Bu halda da nikah yalnız 17 yaşda ola bilər. Ona görə də bu məsələ ilə bağlı araşdırma gücləndirilmiş şəkildə aparılmalıdır".