Seçicilər Ramin Məmmədova dəstək ifadə edib (VİDEO)


Digərləri 29 Yan 2020 16:51:45 140 0

Seçicilər Ramin Məmmədova dəstək ifadə edib (VİDEO)

64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Ramin Məmmədovun növbəti görüşü Sabirabad rayonun Minbaşı, Qarağac, Beşdəli və Yaxa Dəllək kənd sakinləri ilə görüşüb.

Bakı. 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Ramin Məmmədovun növbəti görüşü Sabirabad rayonun Minbaşı, Qarağac, Beşdəli və Yaxa Dəllək kənd sakinləri ilə görüşüb. Trend-in məlumatına görə, Ramin Məmmədov kənd seçiciləri ilə görüşdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi, dövlət tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı haqqında geniş danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Sabirabad rayonunda da böyük işlər görülüb: “Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu seçkilərdə də mən seçicilərin dəstəyinə inanaraq daim onlarla birgə olmağı, ölkəmiz, xalqımız naminə çalışmağı vəd edirəm. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir. Əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, Milli Məclisə növbəti seçkilərdə də qələbə qazanacaq". Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Onlar deputatlığa namizəd Ramin Məmmədova dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, onlar Ramin Məmmədovun onların etimadını doğruldacağına inanırlar və ona görə də fevralın 9-da Ramin Məmmədova səs verəcəklər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin