Deputatlığa namizədlərin sayı açıqlanıb


Siyasət 29 Yan 2020 16:35:54 115 0

Deputatlığa namizədlərin sayı açıqlanıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, hazırda 1345 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparır.