MSK-nın sədr müavini: "Seçkilərdə “exit poll”la rəsmi nəticələr arasında fərq çox olmur"


Siyasət 29 Yan 2020 16:22:30 131 0

MSK-nın sədr müavini: "Seçkilərdə “exit poll”la rəsmi nəticələr arasında fərq çox olmur"

“Azərbaycanda 2005-ci ildən etibarən seçkilərdə “exit poll” keçirilir”.&

“Azərbaycanda 2005-ci ildən etibarən seçkilərdə “exit poll” keçirilir”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, indiyə qədər heç vaxt “exit poll” keçirən təşkilatların nəticələri ilə rəsmi nəticələr arasında fərq çox olmayıb: "Azərbaycanda bir neçə təşkilatlar var ki, bu sahədə kifayət qədər təcrübəlidir”.