Tacikistanda 5 bal gücündə zəlzələ olub


Dünya 29 Yan 2020 16:14:00 142 0

Tacikistanda 5 bal gücündə zəlzələ olub

Tacikistanda Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri paytaxt Düşənbədən 160 kilometr şimal-şərqdə, Sanqvor rayonunda qeydə alınıb.

Paytaxtda yeraltı təkanlar 3 bal gücündə hiss olunub.

Təbiət hadisəsi nəticəsində hər hansı bir itki və ya fəsadların olmadığı deyilir.