Çinin köməyinə Türkiyə çatdı
Dünya 29 Yan 2020 16:30:00 133 0
Çində yayılan yeni koronavirus epidemiyasına görə ölkə miqyasında qoruyucu üz maskası tükənib.
Son.az publika.az-a istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən zavodlara istehsalın artırılması çağırışı edilsə də, istehlak qarşılana bilmir.
Təcili şəkildə maska axtarışına çıxan Çinin imdadına Türkiyə çatıb.
Marka istehsal edən firmaların açıqlamasına görə, çinlilər Türkiyəyə 2 milyondan çox sifariş verib. Türk firmalar istehsal qabiliyyətini artırmaq üçün fasiləsiz işləməyə başlayıb.
Mənbə: milli.az