"Exit-poll" ilə rəsmi nəticələr arasında xəta çox olmayıb – MSK sədrinin müavini


Digərləri 29 Yan 2020 16:20:00 155 0

"Exit-poll" ilə rəsmi nəticələr arasında xəta çox olmayıb – MSK sədrinin müavini

Azərbaycanda 2005-ci ildən etibarən seçkilərdə “exit poll” keçirilir.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda 2005-ci ildən etibarən seçkilərdə “exit poll” keçirilir. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. R.Qasımov bildirib ki, indiyə qədər heç vaxt “exit poll” keçirən təşkilatların nəticələri ilə rəsmi nəticələr arasında xəta marjası çox olmayıb: “Azərbaycanda bir neçə təşkilat var ki, bu sahədə kifayət qədər təcrübəlidir və onların "exit-poll" keçirməsi önəmlidir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin