Zaur Darabzadə - günə 500 qapı döyən gənc namizəd - VİDEO


Siyasət 29 Yan 2020 15:34:30 236 0

Zaur Darabzadə - günə 500 qapı döyən gənc namizəd - VİDEO

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə seçki dairəsi ərazisində yaşayan sakinlərlə görüşlərini davam etdirir.

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə seçki dairəsi ərazisində yaşayan sakinlərlə görüşlərini uğurla davam etdirir.

Darabzadə və komandası hər gün 500 seçicinin qapısını döyür, onların qonağı olur, problemləri ilə maraqlanır, özü barəsində məlumat verir və buklet təqdim edir.

Artıq bugünədək 3 mindən çox seçici ünvanına gedən Zaur Darabzadə təşviqat kampaniyasının sonuna qalan 10 gündə də dayanmadan görüşlərini davam edəcəyini bəyan edib.

Namizəd mənzildə olmayan sakinlərin qapısından isə öz bukletini asır.

Z.Darabzadə ilə bağlı maraqlı videomaterialı təqdim edirik.