Gürcüstan hökuməti koronavirusla mübarizə üzrə fəaliyyət planı qəbul edib


Dünya 29 Yan 2020 15:01:05 206 0

Gürcüstan hökuməti koronavirusla mübarizə üzrə fəaliyyət planı qəbul edib

Gürcüstan hökuməti koronavirusun ölkə ərazisində mümkün yayılmasının qarşısının alınması məqsədilə fəaliyyət planı qəbul edərək təsdiqləyib.

Gürcüstan hökuməti koronavirusun ölkə ərazisində mümkün yayılmasının qarşısının alınması məqsədilə fəaliyyət planı qəbul edərək təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın hər bir dövlət qurumuna səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.

Gürcüstanın Maliyyə Nazirliyinə tədbirlərin həyata keçirilməsi üçün maliyyə resurslarının ayrılmasına göstəriş verilib. Ehtiyac yaranacağı təqdirdə Gürcüstan hökumətinin ehtiyat fondundan da maliyyə vəsaiti ayrılacaq.

Fəaliyyət planında koronavirisun mümkün yayılmasına qarşı qabaqlayıcı tədbirlər, həmçinin virusun aşkar olunacağı təqdirdə tələb olunacaq addımlar da yer alıb.