Türkiyə hökuməti vətəndaşlarını Hubey əyalətindən çıxarmağa çalışır


Dünya 29 Yan 2020 14:52:54 115 0

Türkiyə hökuməti vətəndaşlarını Hubey əyalətindən çıxarmağa çalışır

Türkiyə hökuməti vətəndaşlarını Hubey əyalətindən çıxarmağa çalışır

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını koronavirusun ən çox yayıldığı Hubey əyalətindən çıxarmaq üçün fəaliyyətə başlayıb.

“Report” TRT Haberə istinadən xəbər verir ki, hazırda XİN Pekindəki səfirliyi ilə birgə yerli qurumlarla və bu ölkədə yaşayan Türkiyə vətəndaşları ilə yaxından təmas saxlayır.

Bununla yanaşı, XİN Türkiyə vətəndaşlarını xüsusi ehtiyac olmadan Çinə getməməyə, Çində olanları isə xəstəliyə yoluxma hallarının daha çox olduğu bölgələrdən uzaq olmağa, tibbi qaydalara əməl etməyə çağırıb.

Türkyənin Çindəki səfiri Emin Önən hazırda səfirlikdə qeydiyyatdan keçən 6 minədək, Hubey əyalətinin paytaxtı Vuhan şəhərində isə 100-dək vətəndaşının yaşadığını, hazırda aralarında virusa yoluxanların olmadığını bildirib.