Hamiləykən spirtli içki qəbul edənlərin uşaqları aşağı intellektli olur


Dünya 29 Yan 2020 14:57:00 135 0

Hamiləykən spirtli içki qəbul edənlərin uşaqları aşağı intellektli olur

Hamiləykən spirtli içki qəbul edənlərin övladları aşağı intellektli olur.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalara görə hamiləykən spirtli içki qəbul edən qadınların uşaqlarının beyni kifayət qədər normal inkişaf edə bilmir.

Həmçinin, həmin uşaqların çəkisinin də normadan dəfələrlə az olma riski böyükdür.

Bristol universitetində aparılan araşdırmada 23 hamilə qadın iştirak edib. Araşdırmalar nəticəsində məlum olub ki, az miqdarda spirtli içkinin mənfi təsiri olmasa da, normadan artıq miqdarda qəbul edilən spirt doğulacaq körpəyə mənfi təsir göstərir.