Nazirliyin Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib


Digərləri 29 Yan 2020 14:23:00 221 0

Nazirliyin Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib

www.rabita.az domen ünvanında fəaliyyət göstərən saytın məzmunu və dizaynı dəyişib.

Bakı. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib. Trend-ə Nazirlikdən daxil olan məlumata əsasən, www.rabita.az domen ünvanında fəaliyyət göstərən saytın məzmunu və dizaynı dəyişib. Saytda “Məhsullar”, “Xidmətlər” menyusu, Məlumat Hesablama Mərkəzi ilə bağlı xəbərlər və press-relizlərin yerləşdirildiyi “Media” bölməsi var. Həmçinin saytda “Smartpay” ödəmə sistemi və “Mobil Cihazların Qeydiyyat Sistemi” ilə bağlı xidmətlərdən istifadə etmək üçün xüsusi bölmə yaradılıb. Bununla yanaşı, Məlumat Hesablama Mərkəzinə aid olan e-imza.az, opendata.az, azdatacom.az saytlarına da keçid qoyulub. Sayt Azərbaycan və ingilis dilində fəaliyyət göstərir.