Azərbaycandan Çinə gedən vətəndaşların sayı azalıb


Dünya 29 Yan 2020 14:18:00 166 0

Azərbaycandan Çinə gedən vətəndaşların sayı azalıb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspert Şurasının turizm bazarında apardığı ilkin monitorinqin nəticəsinə əsasən bu il yanvarın əvvəlindən Azərbaycandan Çinə gedən vətəndaşların sayında 50 faizə yaxın azalma müşahidə edilir.

Son.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Assosiasiyadan məlumat verilib.

Bildirilib ki, həmin müddətdə Çindən Azərbaycana gələn turistlərin sayında 20 faizə yaxın azalma qeydə alınır.

Assosiasiyadan verilən məlumata əsasən, "AZAL" martın 28-dək Çinə olan bütün uçuşları təxirə salıb:

"Dünən isə Çin Hava Yolları Azərbaycandan Çinə, Çindən Azərbaycana olan reysləri təxirə salıb və insanlara müraciət edib ki, fevral, mart ayına qədər bilet alan şəxslər ya biletin tarixini dəyişə, ya da geri qaytara bilərlər".