U-17-nin Antalyada toplanışı olacaq


Digərləri 29 Yan 2020 14:03:00 140 0

U-17-nin Antalyada toplanışı olacaq

Azərbaycan yığma komandası fevralın 1-dən 2-dək Bakıda, fevralın 2-dən 12-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.

Bakı. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının fevralın 1-dən 2-dək Bakıda, fevralın 2-dən 12-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq. Trend-in məlumatına görə, hazırlıq müddətində yığmamız fevralın 6-da Tacikistanın U-17 və fevralın 10-da Danimarkanın "Hellerup" klubu ilə yoxlama oyunları keçirəcək.