"Kobinin ölümü məni dərin kədərləndirdi"


Dünya 29 Yan 2020 13:40:00 104 0

"Kobinin ölümü məni dərin kədərləndirdi"

Kobinin ölümü məni dərin kədərləndirdi. Kobi inanlımaz istedada malik idi, basketbol dünyası öz əfsanəsini itirdi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger NBA (Amerikanın Milli Basketbol Assosasiyası) və ABF (Azərbaycan Basketbol Federasiyası) arasında imzalanmış saziş əsasında Jr.NBA Azərbaycan Liqasının yaradılmasına həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, bu gün burada Jr.NBA Azərbaycan Liqasının yaradılması basketbolun hələ də dünyada populyalıq qazanmasının bir göstəricisidir. Səfir vurğulayıb ki, basketbol 2 milyard azarkesşi ilə dünyada ikinci ən məşhur idman növüdür və dünyada milyonlarla insan basketbol oynayır.

Səfir ümid etdiyini bildirib ki, gələcəkdə NBA liqasında Azərbaycan idmançılarının da adına rast gəlinəcək: "Biz çox şadıq ki, Azərbaycanda bu liqa yaradılır. Biz Azərbaycanda baskebolun inkişafına dəstək göstrdiyimiz üçün çox şadıq".